Xidmət şərtləri

Ümumi istifadә qaydaları • www.hrin.az saytı aşağıda qeyd olunmuş şirkət, qurum və təşkilatlara xidmət göstərmir: Bank, sığorta, bank olmayan kredit təşkilatları, lotereya və mərc oyunları təşkilatları, spirtli içki, donuz əti emalı, tütün istehsalı və satışını təşkil edən, piramida satış mexanizmi ilə çalışan şirkət və analoji fəaliyyətlə məşğul olan digər təşkilatlar. • “HRIN” MMC (bundan sonra sayt adlanacaq) işəgötürən və işçi təmin edən şirkət deyil, sadəcə işaxtaran və işəgötürən arasında əlaqə yaradan platformadır. • Saytda qeydiyyatdan keçərək iki növ üzv olmaq mümkündür: İşaxtaran və İşəgötürən olaraq. Hər iki üzvlük növünün öz qeydiyyat forması var. • İstifadəçilər saytın təqdim etdiyi məlumatlardan faydalanmaq istəmirsə, şəxsi kabinetdə bununla bağlı ödənişsiz abunəliyi ləğv edə bilərlər. • Saytdan istifadə qaydaları üzrə şərtlərin vaxtaşırı, qismən və ya tam şəkildə redaktəsi, dəyişikliklər və texniki yeniliklər sayt administrasiyası tərəfindən tək tərəfli qaydada həyata keçirlir. • Hər iki üzvlük növü (İşaxtaran və İşəgötürən) sayt daxilindəki əlavə, ödənişli xidmətlərdən (elanın/CV-nin önə çəkilməsi, Premium göstərilmə, avtomatik müraciət və s.) istifadə edərkən öz balansından istifadə edir. İşaxtaran üçün qaydalar • Sayt işaxtaranlara iş elanları ilə onlayn şəkildə tanış olmaq, vaxta qənaət etmək və işə müraciət etmək imkanı verir. • İşaxtaran CV-də qeyd olunan bütün məlumatların düzgün və aktual olduğunu təsdiq edir. • CV-dəki məlumat həqiqətə uyğun olmalı, natamam, aldadıcı olmamalıdır. • Reklam təyinatlı məlumatlar qeyd etmək, o cümlədən əxlaqsızlıq, irqi, etnik, dini mənşəli təbliğata və ayrı-seçkiliyə yol vermək qəti qadağandır. • İşaxtaranlar əvvəldən hazırlanmış CV-lərini öz istəkləri ilə şəxsi kabinetə yükləməklə şəxsi kabinetdə saxlaya bilərlər. İşəgötürənlər bu CV-ləri incələyib, işaxtarana iş təklifi edə bilərlər. • İşaxtaranlar öz CV-lərini yalnız PDF formatda, 3MB-a qədər həcmdə saytdakı şəxsi kabinetə yükləyə bilərlər. • İş axtaran kimi qeydiyyatdan keçməklə, şəxsi kabinetinizdə qeyd etdiyiniz kriteriyalara uyğun vakansiyalar üçün sizin adınızdan avtomatik müraciət göndərilməsinə razılıq vermiş olursunuz. • İşaxtaranlar öz profilini/CV-sini “Premium” və ya “İrəli çək” xidmətləri vasitəsilə ödənişli şəkildə daha görünən edə bilərlər. Bu xidmətlər yalnız namizədin sayt daxilindəki görünürlüyünü artırır, işəgötürən tərəfindən seçilməsini, işə qəbul edilməsini və ya hər hansı digər nəticəni zəmanət etmir. Üzvlük şərtləri • Şəxsi kabinet yaratmış hər bir üzv qeydiyyat zamanı bütün zəruri xanaları doğru məlumatlarla doldurmalıdır. • Saytda hər bir e-mail və nömrə ilə yalnız bir hesab yaratmaq mümkündür. • İşəgötürən olaraq qeydiyyatdan keçmək üçün şirkətə aid məlumatlar düzgün göstərilməlidir. Sayt administrasiyası göstərilən məlumatların doğruluğunu yoxlamaq və uyğunsuzluq aşkar etdikdə hesabı məhdudlaşdırmaq hüququnu özündə saxlayır. • Sayt administrasiyası aşağıdakı hallarda istifadəçinin saytdan istifadəsini məhdudlaşdıra bilər: 1. Uyğun olmayan ifadələr və fotoşəkillər olan CV saytda yerləşdirildikdə; 2. Dövlət əleyhinə yönələn açıq çağırışlara, dövlətə xəyanətə, terrorçuluğa, zorakılığa, təcavüzə, milli mənəvi dəyərlərə, ictimai təhlükəsizliyə, ətraf mühitə ziyan vura biləcək hərəkətlərə təhrik etdikdə; 3. CV-yə aid olmayan məlumatlar (fərdi və ya korporativ kommersiya məqsədli) qeyd olunduqda; 4. İşəgötürən hesabından yanlış və ya aldadıcı şirkət məlumatı ilə istifadə edildikdə, yaxud işaxtaranların CV-ləri icazəsiz şəkildə üçüncü tərəflərə ötürülərək və ya kommersiya məqsədilə sui-istifadə edildikdə. Ödəniş və balans qaydaları • Hər iki üzvlük növü (İşaxtaran və İşəgötürən) sayt daxilində şəxsi balans saxlaya bilər. Balans nağdsız ödəniş, promo kod və ya sayt administrasiyası tərəfindən müəyyən edilmiş digər üsullarla artırıla bilər. • Sayt daxilindəki ödənişli xidmətlər (o cümlədən CV-nin/vakansiyanın “Premium” və ya “İrəli çəkilmə” statusu, CV-nin incələnməsi, avtomatik müraciət xidməti və s.) istifadəçinin saytdakı öz balansından tutulur. Balans kifayət etmədikdə müvafiq xidmətdən istifadə mümkün olmur. • Bəzi işəgötürən hesabları üçün sayt administrasiyası ilə ayrıca razılaşma əsasında ödənişin xidmətdən istifadədən sonra həyata keçirilməsi rejimi tətbiq oluna bilər; bu halda hesabın balansı mənfi göstərici ala bilər və işəgötürən yaranmış borcu cari ayın sonunda ödəməyə borcludur. • Həyata keçirilmiş ödənişlər geri qaytarılmır. Sayt administrasiyası öz mülahizəsi ilə istisna hallarda qismən və ya tam geri ödəniş həyata keçirmək hüququnu özündə saxlayır. Hüquq və məsuliyyətlər • Sayt administrasiyası heç bir xəbərdarlıq etmədən tək tərəfli olaraq saytda və qaydalarda dəyişiklik etmək hüququnu özündə saxlayır. • Sayt administrasiyası istifadəçilərə ümumi istifadə qaydalarında, Məxfilik prinsiplərində və Üzvlük şərtlərində göstərilən öhdəliklərə zidd hərəkət etməsinə və ya lazımi qaydada yerinə yetirməməsinə icazə vermir. Belə olduğu halda namizədin CV-si və ya şəxsi kabineti haqqında uyğunsuzluğu istifadəçiyə məlumat vermədən ləğv edə bilər. • İşaxtaranların CV-lərində qeyd olunan məlumatlara görə sayt administrasiyası heç bir məsuliyyət daşımır. • İşaxtarana işəgötürən tərəfindən daxil olan müraciətlərə, telefon zənglərinə görə sayt administrasiyası məsuliyyət daşımır. • Sayt administrasiyasının saytın istifadəçiləri qarşısında iş və ya işçi tapmaq öhdəliyi yoxdur. • İşaxtaran və işəgötürən arasında keçən hər hansı ünsiyyət və fəaliyyətə görə heç bir məsuliyyəti öz üzərinə götürmür. • Sayt administrasiyası istifadəçinin qaydalardan qeyri-qanuni şəkildə istifadə etdiyini müəyyən edərsə, müvafiq tədbir görülməsi üçün şikayəti səlahiyyətli orqanlara bildirmək hüququna malikdir. • Ləğv edilmiş və ya silinmiş hesablar üçün istifadəçi heç bir hüquq və kompensasiya tələb edə bilməz. • İstifadəçilər öz şəxsi kabinetində qeyd etdikləri məlumatlara görə məsuliyyət daşıyırlar. • Sayt daxilində göstərilən “Premium” və ya “İrəli çəkilmiş” nişanları YALNIZ ödənişli görünürlük xidmətini bildirir; sayt administrasiyasının həmin elanı/CV-ni tövsiyə etdiyi mənasına gəlmir. • İşəgötürən öz balansından həyata keçirdiyi ödənişlərə və balans kifayət etmədiyi təqdirdə xidmətdən istifadə edə bilməməsinə görə məsuliyyət daşıyır. • Saytın adı və loqosu bir mənalı şəkildə “HRIN MMC”-ə məxsusdur və direktorun imzalı və möhürlü razılığı olmadan istifadə edilə, üçüncü şəxslərə və ya təşkilatlara təqdim edilə bilməz. • Saytın istifadəçiləri onlara məxsus hesabın icazəsiz olaraq digər şəxslər tərəfindən istifadə edildiyini və ya şifrənin başqaları tərəfindən ələ keçirildiyini öyrəndikdə dərhal sayt administrasiyasına məlumat verməlidir. Qeyd: SAYTA ÜZV OLMAQ İSTƏYƏNLƏR BU İSTİFADƏ ŞƏRTLƏRİNİ SONADƏK OXUDUĞUNU, BAŞA DÜŞDÜYÜNÜ VƏ QƏBUL ETDİYİNİ ANLAYIR, SAYTDAN QAYDALARA MÜVAFİQ İSTİFADƏ EDƏCƏYİNİ TƏSDİQ EDİR. QAYDALARIN SON YENİLƏNMƏ TARİXİ: 22.09.2026