Məxfilik siyasəti
• Saytda qeydiyyat prosesi zamanı tələb olunan e-mail ünvanı yeniliklərin, xəbər bülletenlərinin, kampaniyaların elan edilməsi və istifadəçi ilə əlaqə saxlamaq üçün istifadə oluna bilər.
• Saytdan istifadə etdiyiniz zaman cihazınıza "Çərəzlər (Cookies)" adlı fayllar yerləşdirilə bilər. Bu fayllar tamamilə təhlükəsizdir. Bu proseslə sayt administrasiyası sizin sayta təqdim etdiyiniz məlumatlardan və saytın müxtəlif linklərindən istifadə məntiqini öyrənib, saytın istifadəçilərinə daha faydalı olmasını təkmilləşdirmək istəyir.
• İstifadəçilərimizə daha yaxşı xidmət göstərmək üçün sayta daxil olan istifadəçilərin məlumatları (ziyarət müddəti, saytda keçirdiyi vaxt, baxılan səhifələr) izlənilir.
• Əldə edilən məlumatlar məxfilik prinsiplərinə uyğun olaraq məzmun bölməmizi zənginləşdirmək və təkmilləşdirmək məqsədilə biznes tərəfdaşlarımızla paylaşıla bilər.
• Sayta gələn ziyarətçinin IP ünvanı qeydiyyata alınır.
• Saytda işaxtaran istifadəçilər saytda paylaşılmış vakansiyalara müraciət zamanı şəxsi məlumatlarını (əlaqə məlumatlarını, doğum tarixini, cinsini və s.) öz istəyi ilə işəgötürənə göndərirlər.
• İşaxtaranın CV-də qeyd etdiyi ad-soyad, işaxtaran heç bir vakansiyaya müraciət etməmiş olsa belə, sayt daxilində işəgötürənlərə standart olaraq qismən gizli (maskalanmış) formada göstərilir. İşəgötürənin müvafiq ödənişli “CV incələmə” xidmətindən istifadə etdiyi, yaxud işaxtaranın öz iradəsi ilə satın aldığı Premium/İrəli-çəkilmə xidməti, bu xidmətin aktiv olduğu hallarda ad soyadı, telefon nömrəsi, e-mail, doğum tarixi, ünvan kimi əlavə şəxsi məlumatlar işəgötürənə ötürülür.
• Sayt administrasiyası istifadəçilərinin Məxfilik prinsiplərini və qaydaları pozduğunu aşkar edərsə, yaxud belə hal səlahiyyətli orqanlar tərəfindən müəyyənləşdirilsə, sayt administrasiyası bu halda müvafiq istifadəçi haqqında zəruri məlumatları səlahiyyətli orqana bildirmək hüququna malikdir.
• Təqdim olunmuş məlumatların təhlükəsizliyini təmin etmək üçün sayt administrasiyası inkişaf etməkdə olan texnologiyaya uyğun olaraq öz texniki tədbirlərini artırır.
QAYDALARIN SON YENİLƏNMƏ TARİXİ: 22.09.2026