Reklam banneri
017 iyul 2026
Təcrübə-
İş rejimiTam iş günü
ŞəhərBakı
Cins-
Yaş-
Sürücülük-
Hərbi xidmət-
Kompüter bilikləri-
Təhsil-
Azərbaycan dili-
Rus dili-
İngilis dili-
Təcrübə-
İş rejimiTam iş günü
ŞəhərBakı
Cins-
Yaş-
Sürücülük-
Hərbi xidmət-
Kompüter bilikləri-
Təhsil-
Azərbaycan dili-
Rus dili-
İngilis dili-
İş haqqında
İş şəraiti:
Bazar analizi (işin əsas hissəsi):
- Bazar həcminin, tələbatın və trendlərin araşdırılması; yeni məhsul/xidmət istiqamətləri üzrə əsaslandırılmış təkliflərin verilməsi;
- Rəqib analizinin mütəmadi aparılması: rəqiblərin çeşidi, qiymətləri, aksiyaları və satış kanallarının izlənməsi, müqayisəli hesabatların hazırlanması;
- Qiymət analizi və qiymətqoyma üzrə təkliflər: hansı məhsulda marja artırıla bilər, hansında qiymət bazardan kənardır;
- Şirkətin satış datasının analizi: hansı məhsul, müştəri qrupu və bölgə qazandırır — satış səylərinin düzgün istiqamətə yönəldilməsi üçün aylıq analitik hesabat;
- Müştəri rəyi və tələbatının öyrənilməsi (sorğular, satış komandasından geri dönüşlər), itirilmiş müştərilərin səbəb analizi;
- Yeni bazar seqmentlərinin və satış kanallarının (bölgələr, korporativ müştərilər, topdan/pərakəndə) qiymətləndirilməsi;
Marketinq (analizin icra hissəsi):
- Analiz nəticələrinə əsaslanan marketinq planının hazırlanması və icrası;
- Ödənişli reklam kampaniyalarının qurulması və idarəsi (Meta Ads, Google Ads), sosial media hesablarının aparılması;
- Kampaniyalardan gələn müraciətlərin qeydiyyatı və satış komandasına ötürülməsi;
- Hər kampaniya üzrə nəticə hesabatı: xərc, müraciət sayı, müraciətin maya dəyəri, satışa çevrilmə faizi.
İş şəraiti
- İş yeri: Bakı
- İş qrafiki: Tam ştat, həftə içi 5 gün
- Əmək haqqı: əmək haqqı + nəticəyə bağlı bonus (müsahibə zamanı razılaşdırılır)
- Marketinq, iqtisadiyyat, biznesin idarə edilməsi və ya oxşar sahədə ali təhsil;
- Marketinq və ya bazar araşdırması sahəsində minimum 2-3 il təcrübə (ticarət/distribusiya şirkətində təcrübə üstünlükdür);
- Güclü analitik bacarıq: Excel-də sərbəst iş (pivot cədvəllər, əsas funksiyalar); Power BI bilikləri ciddi üstünlükdür;
- Bazar və rəqib analizi aparıb nəticəni konkret təklifə çevirmə təcrübəsi — müsahibədə real nümunə istəyəcəyik;
- Rəqəmsal reklam alətləri (Meta Ads, Google Ads) ilə praktiki iş təcrübəsi;
- Hesabat və təqdimat hazırlama bacarığı (PowerPoint);
- Azərbaycan dili sərbəst; rus dili üstünlükdür;
- Nəticəyə yönümlülük və təşəbbüskarlıq — hazır tapşırıq gözləyən yox, bazarı analiz edib təklif gətirən namizəd axtarırıq.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun
Reklam banneri
Reklam banneri
Reklam banneri
Reklam banneri
