

İş haqqında
Vəzifə öhdəlikləri
Şirkət üzrə maliyyə və mühasibatlıq əməliyyatlarının həyata keçirilməsi;
Şirkətə daxil olan qaimələrin yoxlanılması, qeydiyyata alınması və müvafiq uçotunun aparılması;
Gündəlik gəlir və xərclərin izlənilməsi, kassa və bank əməliyyatlarına nəzarət edilməsi;
Filiallardan daxil olan maliyyə hesabatlarının yoxlanılması və təhlili;
Xərclərin təhlil edilməsi, aylıq və dövri maliyyə hesabatlarının hazırlanması;
İnventarizasiya və maliyyə yoxlamalarında iştirak edilməsi;
Maliyyə sənədlərinin düzgünlüyünün və müvafiq qaydada rəsmiləşdirilməsinin təmin edilməsi.
Namizədə dair tələblər
Mühasibatlıq və ya maliyyə sahəsində 1–3 il iş təcrübəsi;
MS Excel proqramını yüksək səviyyədə bilmək;
Maliyyə hesabatlarının hazırlanması və təhlili bacarığı;
Qaimələr və ilkin mühasibat sənədləri ilə işləmək təcrübəsi;
Analitik düşünmə, detallara diqqət və yüksək məsuliyyətlilik;
Komandada işləmək və operativ qərarvermə bacarığı.
İş şəraiti
İş qrafiki: 10:00–18:00;
İş günləri: Həftədə 5 gün;
Əməkhaqqı: 1000 AZN.



