Reklam banneri

Kontent menecer

My Group Holding MMC

Əmək haqqı: 800-1000 ₼

021 iyul 2026
Təcrübə-
İş rejimiTam iş günü
ŞəhərBakı
Cins-
Yaş-
Sürücülük-
Hərbi xidmət-
Kompüter bilikləri-
Təhsil-
Azərbaycan dili-
Rus dili-
İngilis dili-

İş haqqında

İş şəraiti:
  • Şirkətin məqsədləri və hədəf auditoriyası ilə uyğunlaşan məzmun strategiyasının (format və yayım kanalları daxil olmaqla) hazırlanması və həyata keçirilməsi;
  • Bloq yazıları, məqalələr, sosial media yazıları, videolar, infoqrafika və s. kimi müxtəlif formatlarda yüksək keyfiyyətli, cəlbedici və uyğun məzmunun yaradılması;
  • Məzmun fayllarının yaradılması, təsnifatı və saxlanmasını idarə etmək və məzmunun ən son məlumatları əks etdirməsini və dəqiq olmasının təmin edilməsi;
  • Daxili maraqlı tərəflər üçün layihələrin və ya kampaniyaların, video və audio production işlərinin uğurlu icrasına nəzarət, nəticələrin razılaşdırılmış müddətlərdə əldə edilməsinin təmini; 
  • Digər şöbələr və ya heyətlər ilə sıx əlaqə;
  • SMM komandasına və dizaynerə tapşırıqlar vermək və koordinasiya etmək;
  • Kontent çəkilişinə (TVC, sosial media postu, reel video, tiktok və s.) nəzarət etmək;
  • SEO uyğun mətnlərin hazırlanmasına nəzarət etmək (sayt üçün);
  • ⁠SEO-optimallaşdırma: meta-teqlərlə (title, description, keywords) işləmək.

Əlavə məlumat:

  • Əmək haqqı:800–1000 AZN 
  • İş qrafiki: 5 günlük iş qrafiki.
  • İş yeri: H.Əliyev pr.152, Çinar Plaza.
Tələblər:
  • Marketinq, media və ya uyğun sahə üzrə ali təhsil;
  • Marketinq kommunikasiyası ilə əlaqəli şirkətdə məzmun meneceri, kopirayter və ya hər hansı bənzər vəzifədə minimum 3 il iş təcrübəsi;
  • Portfolio (Video kontent üzrə və ya blog üzrə arzuolunandır);
  • Yüksək səviyyədə azərbaycan dilinin qrammatikası biliyi; Rus dili və İngilis dili əlavə üstünlükdür; 
  • Təqdimat etmə bacarığı;
  • Kiçik yaradıcı mətnlər, eləcə də böyük məzmun nümunələri yaratmaq bacarığı;
  • Məzmunun cəlbedicilik səviyyəsini müəyyən etmək üçün analiz qabiliyyəti;
  • Yüksək səviyyədə yazılı ünsiyyət bacarıqları.

Müraciət etmək istəyən namizədlərdən CV-lərini mövzu hissəsində “Kontent menecer” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Reklam banneri