Reklam banneri

Kiçik Layihə Koordinatoru

GeoProbe

Əmək haqqı: Razılaşma

024 iyul 2026
Təcrübə-
İş rejimiTam iş günü
ŞəhərBakı
Cins-
Yaş-
Sürücülük-
Hərbi xidmət-
Kompüter bilikləri-
Təhsil-
Azərbaycan dili-
Rus dili-
İngilis dili-

İş haqqında

İş şəraiti:

GeoProbe MMC geotexniki tədqiqat, mühəndis-geoloji araşdırmalar, geodeziya və laborator xidmətləri sahəsində fəaliyyət göstərən mühəndislik şirkətidir. Layihələrin gündəlik koordinasiyasını, sənədləşməsini və hesabatlılığını təmin edəcək, layihə komandaları arasında məlumat mübadiləsini koordinasiya edəcək Kiçik Layihə Koordinatoru axtarırıq.

  • Layihə sənədlərini hazırlamaq, qeydiyyata almaq və arxivləşdirmək. 
  • Gündəlik, həftəlik və aylıq hesabatları (DPR, WPR və s.) hazırlamaq və yeniləmək. 
  • Layihə cədvəllərini və icra statusunu izləmək və yeniləmək. 
  • Müştəri, podratçı və daxili komandalar arasında yazışmaları və məlumat mübadiləsini koordinasiya etmək. 
  • İclasları təşkil etmək və görüləcək işlərin icrasını izləmək. 
  • Sahə komandalarından məlumat toplamaq və layihə sənədlərinə daxil etmək. 
  • Mobilizasiya, logistika və satınalma proseslərini koordinasiya etmək. 
  • Layihə Meneceri tərəfindən verilən digər tapşırıqları icra etmək. 

Əmək haqqı və şərtlər:

  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur;
  • Rəsmi əmək müqaviləsi və əmək qanunvericiliyinə uyğun sənədləşmə;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Tələblər:
  • Mühəndislik, Layihələrin İdarə Edilməsi, İnşaat və ya əlaqəli sahə üzrə ali təhsil (bakalavr və ya magistr);
  • Layihələrin planlaşdırılması, layihələrin idarə olunması və ya əlaqəli sahədə 1 il iş təcrübəsi;
  • Layihə planlaması prinsipləri və vaxt qrafiklərinin hazırlanması barədə ilkin biliklər;
  • MS Office proqramlarında, xüsusilə MS Excel proqramında işləmək bacarığı;
  • MS Project proqramı üzrə bilik üstünlük hesab olunur;
  • Analitik düşünmə, yüksək məsuliyyətlilik və detallara diqqət;
  • Komandada işləmək və effektiv ünsiyyət bacarığı;
  • Azərbaycan dilində sərbəst, ingilis dilində yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun

Reklam banneri