
İş haqqında
AZZA GSC – Azərbaycanın ən böyük şirniyyat mağazaları şəbəkəsi texniki komandasını gücləndirmək məqsədilə Kamera quraşdırılması üzrə texnik vəzifəsinə vakansiya elan edir.
Namizədə dair tələblər
Tam orta təhsil (ali təhsil üstünlükdür);
Cins: Kişi;
Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
Şəbəkə və İT avadanlıqları ilə işləmək bacarığı;
Texniki biliklər və problemlərin həllinə operativ yanaşma.
Əsas vəzifə və öhdəliklər
Korporativ şəbəkənin iş prinsiplərini bilmək və şəbəkə avadanlıqlarının işini təmin etmək;
Texniki problemlərin diaqnostikasını aparmaq və nasazlıqları aradan qaldırmaq;
Video müşahidə kameralarının, DVR və NVR sistemlərinin quraşdırılması və konfiqurasiya edilməsi;
Kamera sistemləri və şəbəkə avadanlıqları üzrə kabelləşmə işlərinin həyata keçirilməsi;
İnternet bağlantısının qurulması və fasiləsiz işləməsinin təmin edilməsi;
Texniki nasazlıqların aradan qaldırılması və müvafiq texniki dəstəyin göstərilməsi.
Şirkət tərəfindən təklif olunur
Rəsmi əmək müqaviləsi;
5 günlük iş həftəsi;
Nahar yeməyi;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
İş yeri: Xırdalan şəhəri.
Müraciət qaydası
Namizədlərdən mövzu bölməsində "Kamera quraşdırılması üzrə texnik" qeyd etməklə, fotoşəkilli CV-lərini elanda göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.



