

İş haqqında
Şirkət haqqında
PAŞA Property Management – ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olaraq peşəkar komandamıza qoşulmaq üçün Hovuz üzrə texnik vəzifəsinə vakansiya elan edir.
Əgər məsuliyyətli, çevik, komandada işləməyi bacaran və təmizliyə xüsusi diqqət yetirən birisinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.
Əsas vəzifə və öhdəliklər
Hovuz suyunun, döşəməsinin, divarlarının və digər sahələrinin gündəlik təmizliyini və dezinfeksiyasını təmin etmək;
Skimmerlərin, su axınlarının və su dövriyyəsi sistemlərinin təmizliyini həyata keçirmək;
Fəvvarələrin su axını sistemlərini və nasoslarını təmizləmək, su ətrafında yaranan çirk və yosunları aradan qaldırmaq;
Filtrlərin, nasosların və digər hovuz avadanlıqlarının təmizliyinə və saz vəziyyətdə saxlanılmasına nəzarət etmək;
Təmizlik üçün istifadə olunan avadanlıqları səliqəli, təmiz və işlək vəziyyətdə saxlamaq;
Hovuz ətrafındakı oturacaqların, günəş çarpayılarının və digər istifadə sahələrinin təmizliyini və təhlükəsizliyini təmin etmək;
Hovuz ətrafında yaranan çirk və tullantıları mütəmadi olaraq təmizləmək;
Nasaz və ya düzgün işləməyən avadanlıqlar barədə birbaşa rəhbərə vaxtında məlumat vermək;
Təmizlik inventarlarının və avadanlıqlarının saxlanıldığı anbarın təmizliyini və səliqəsini təmin etmək.
Namizədə dair tələblər
Məsuliyyətli, diqqətli və çevik olmaq;
Komandada işləmək bacarığı;
Təmizlik vasitələri, kimyəvi maddələr və avadanlıqlardan təhlükəsiz istifadə qaydalarını bilmək;
Hovuz, SPA və ya otel sahəsində təmizlik üzrə iş təcrübəsi üstünlükdür.



