

İş haqqında
CV-lərinizi maillə göndərməyiniz xaiş olunur
Zəhmət olmasa programla yukləməyin.
İş haqqında ətraflı məlumat:
“Zirə Məhsull” MMC şirkəti tərəfindən göbələk dərimi üzrə işçi vakansiyası elan olunur.
Namizədlərdən məsuliyyətli, diqqətli, çalışqan və verilən tapşırıqları vaxtında yerinə yetirməyi bacaran olmaları tələb olunur. İşçinin əsas vəzifəsi göbələklərin vaxtında və düzgün şəkildə dərilməsi, məhsulun keyfiyyətinə diqqət yetirilməsi, yığım prosesində səliqə və qaydalara riayət edilməsidir.
İş şəraiti və əmək haqqı:
İş qrafiki: Həftənin iş günləri, saat 09:00-dan 18:00-dək.
Nahar fasiləsi: 13:00–14:00.
Əmək haqqı: Razılaşma yolu ilə
Əmək haqqı işin həcminə, təcrübəyə və işçinin fəaliyyətinə uyğun olaraq artırıla bilər.
İş yeri və ünvan:
Bakı şəhəri, Zirə qəsəbəsi, yeni sahə.
Namizədlərə tələblər:
Fiziki cəhətdən sağlam və işləməyə həvəsli olmaq;
Məsuliyyətli və intizamlı olmaq;
Komanda ilə işləmək bacarığı;
İşə vaxtında gəlmək və iş rejiminə riayət etmək;
Təcrübəsi olmayan şəxslər də müraciət edə bilərlər.
İşlə maraqlanan şəxslər “Zirə Məhsull” MMC şirkətinə müraciət edə bilərlər.



