hrin.az
Reklam

Çilingər

Matanat A

Əmək haqqı: Razılaşma

364224 noyabr 2026
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsKişi
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYoxdur
TəhsilTam orta
Azərbaycan diliƏla
Rus diliYoxdur
İngilis diliYoxdur

İş haqqında

İş haqqında

  • Zavod avadanlıqlarının baş mexanikin tərtib etdiyi plan və tapşırığı əsasında təmir işlərini təhlükəsizlik qaydalarına tam riayət etməklə, təmir edəcəyi avadanlığın enerjidən açarının açıldığına əmin olduqdan sonra təmirini həyata keçirmək.
  • Qəfil nasazlıqlar zamanı avadanlıqların, baş mexanikin tərtib etdiyi plan və tapşırığı əsasında təmir işlərini təhlükəsizlik qaydalarına tam riayət etməklə, təmir edəcəyi avadanlığın enerjidən açarının açıldığına əmin olduqdan sonra təmirini həyata keçirmək.
  • Zavodun avadanlıq və qurğularının sökülməsi, təmizlənməsi, sazlanması, yağlanması və yenidən yığılması.
  • Mexaniki hissələrin düzgün şəkildə təmir edilməsi və istismara verilməsi.
  • Nasaz və yararsız detalların dəyişdirilməsi, bərkidilməsi, tənzimlənməsi.
  • Təmirdən sonra avadanlıqların sınaqdan keçirilməsi və düzgün işləməsinə əmin olmaq.
  • Təmirdən sonra təmir zonasının, avadanlığın ətrafının tam təmizlənməsindən sonra ərazidən kənarlaşması.
  • Konstruktiv mexanizmlərin düzgün işləməsi üçün lazımi ölçmələr aparmaq (qalınlıq, boşluq, tənzimləmə və s.).
  • Avadanlıq və ya qurğularda gündəlik baxış və yoxlamalar aparmaq.
  • Vibrasiya, səs, temperatur və digər dəyişiklikləri müəyyən etmək və aşkar edilmiş nasazlıq barədə təmir briqadirinə və baş mexanikə məlumat vermək.
  • Təmirdən öncə lazım olan ehtiyat hissələrinin siyahısını dəqiqliklə müəyyən etmək və bu barədə briqadirə və ya baş mexanikə məlumat vermək.
  • Həyata keçirilmiş təmir işləri barədə təmir qeydiyyat jurnalına qeydlər etmək.
  • Təmirdən sonra təmir işi aparılan ərazinin təmizliyini təmin etmək.
  • Avadanlıqların təhlükəsiz işləməsi üçün potensial nasazlıqları vaxtında aşkar etmək.
  • Əməyin mühafizəsi qaydalarına və sanitariya normalarına əməl etmək;
  • Yanğın təhlükəsizliyi qaydalarına əməl etmək.
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.

İş qrafiki

  • 6 günlük iş qrafiki.

İş yeri

  • Qaradağ rayonu, Ağdağ gips zavodu.

Tələblər

  • Təhsil: ali təhsil və ya orta ixtisas təhsili.
  • Təcrübə: müvafiq sahə üzrə minimum 2 il təcrübə.
  • Fikrini izah etmək qabiliyyəti.
  • İşə planlı yanaşması.
  • Ünsiyyət yaratmaq bacarığı.

Biz nə təklif edirik

  • Qidalanma şirkət tərəfindən təmin edilir.
  • Nəqliyyat şirkət tərəfindən təmin edilir.
  • Karyera yüksəlişi.
  • Rəqabətli əmək haqqı.
Reklam