

İş haqqında
Şirkət: Azin Technology MMC
İş yeri: Binəqədi rayonu, Pasyolka Kirov
İş qrafiki: 09:00–18:00
Yaş həddi: 21–35
Əməkhaqqı: Müsahibə əsasında, namizədin bilik və təcrübəsinə uyğun olaraq müəyyən ediləcək.
Əsas vəzifə və öhdəliklər
Təchizat şöbəsindən təqdim olunan məhsul siyahıları və alış qiymətləri əsasında bazar araşdırmalarının aparılması;
Məhsulların bazardakı satış qiymətlərinin və rəqib şirkətlərin təkliflərinin araşdırılması;
Təchizatçılar və rəqib şirkətlər üzrə qiymət müqayisələrinin aparılması;
Alış və bazar qiymətlərinin müqayisəsi əsasında ətraflı qiymət təhlilinin hazırlanması;
Məhsullar üzrə optimal satış qiymətlərinə dair təkliflərin hazırlanması;
Bazar tendensiyalarının və rəqabət mühitinin mütəmadi izlənilməsi;
İnternet resursları və müxtəlif platformalar vasitəsilə bazar məlumatlarının toplanması və sistemləşdirilməsi;
Satış şöbəsinin aktual bazar məlumatları və analitik hesabatlarla təmin edilməsi;
Bazar araşdırması və qiymət təhlili nəticələrinin müvafiq hesabatlar şəklində təqdim edilməsi.
Namizədə dair tələblər
İqtisadiyyat, Maliyyə, Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;
Bazar araşdırması, qiymət analizi, satınalma və ya təchizat sahəsində 0–6 ay iş təcrübəsi;
Təchizatçılar və rəqib şirkətlərlə qiymət müqayisəsi sahəsində təcrübə üstünlükdür;
Microsoft Excel proqramını yüksək səviyyədə bilmək;
Böyük həcmli məlumatların təhlili və sistemləşdirilməsi bacarığı;
Bazar araşdırması və rəqabət təhlili metodları üzrə biliklər;
ERP və digər müəssisə idarəetmə sistemləri ilə işləmək təcrübəsi üstünlükdür.
İş şəraiti
Stabil iş qrafiki;
Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən edilir.
