

İş haqqında
İş yeri: Bakı şəhəri
İş qrafiki: Bazar ertəsi – Şənbə, 09:00–18:00 (Şənbə qısa iş günü)
Son müraciət tarixi: 27 dekabr 2026-cı il
Şirkətimiz korporativ satış komandasını gücləndirmək məqsədilə B2B və korporativ satış sahəsində təcrübəyə malik, nəticəyönümlü və təşəbbüskar Korporativ Satış Təmsilçisi axtarır.
Əsas vəzifə öhdəlikləri
Yeni korporativ müştərilərin cəlb edilməsi və mövcud müştəri portfelinin genişləndirilməsi;
Müştəri ehtiyaclarının təhlil edilməsi və uyğun məhsul və xidmətlərin təqdim olunması;
Kommersiya təkliflərinin, tender sənədlərinin, RFQ/RFP sorğularının hazırlanması;
Satış və müqavilə danışıqlarının aparılması, əməkdaşlıq şərtlərinin razılaşdırılması;
Lizinq, kredit və sığorta şirkətləri ilə koordinasiyalı fəaliyyətin təşkili;
Müəyyən edilmiş satış planlarının və KPI göstəricilərinin yerinə yetirilməsi;
Sifarişlərin və satış sonrası xidmət proseslərinin izlənilməsi;
Bazarın və rəqiblərin təhlil edilməsi, yeni satış imkanlarının müəyyənləşdirilməsi;
CRM və 1C sistemlərində müvafiq məlumatların idarə olunması və müntəzəm satış hesabatlarının hazırlanması.
Namizədə dair tələblər
B2B və ya korporativ satış sahəsində minimum 3 il iş təcrübəsi;
Avtomobil sektorunda, xüsusilə akkumulyator, motor yağları və sürtgü materiallarının satışı üzrə təcrübə üstünlükdür;
Güclü danışıqlar aparmaq, təqdimat etmək və müştəri münasibətlərini idarə etmək bacarığı;
MS Excel, PowerPoint, 1C və CRM sistemləri üzrə praktiki biliklər;
Analitik düşünmə, planlama və nəticəyönümlülük;
Azərbaycan və rus dillərində sərbəst danışıq və yazılı ünsiyyət bacarığı;
İngilis dili biliyi və ali təhsil üstünlükdür;
Məsuliyyətli, təşəbbüskar olmaq və komanda ilə işləmək bacarığı.
Biz nə təklif edirik?
Peşəkar və inkişafyönümlü iş mühiti;
Sabit əməkhaqqı və nəticələrə əsaslanan bonus sistemi;
Karyera yüksəlişi və peşəkar inkişaf imkanları;
Dinamik və peşəkar komanda ilə işləmək imkanı.
Əməkhaqqı və bonus şərtləri namizədin iş təcrübəsi, bilik və kompetensiyalarına uyğun olaraq müəyyən edilir.
Müraciət qaydası
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini 27 dekabr 2026-cı il tarixinədək təqdim edə bilərlər.



